Qonşu ölkədə COVID-19 xəstələrinin sayı durmadan artır

Qonşu ölkədə COVID-19 xəstələrinin sayı durmadan artır

Son sutka ərzində Gürcüstanda koronavirus infeksiyasına 4 472 nəfər yoluxub.

Cebhe.info xəbər verir ki, bu barədə bu gün keçirdiyi brifinqdə idarələrarası koordinasiya şurası nəzdində fəaliyyət göstərən qərargah rəhbərinin müavini Berdiya Siçinava deyib.

O qeyd edib ki, pandemiyanın başlamasından bu günədək Gürcüstanda ümumi xəstəlik sayı 127 942-dir.

Yeni yoluxma hallarının çoxu Tbilisidə 1 784, Acarıstanda 683, İmeretidə 662, Sameqrelo və Zemo Svaneti 247, Kvemo-Kartli 292, Kaxetidə 228 nəfər aşkar edilib.

Ən az infeksiya Raça-Leçxumi və Kvemo Svanetidədir ki, bir gündə 41 yeni xəstəlik qeydə alınıb. COVID-19-un 123 yeni faktı Kuridə, 192-si Şida Kartlidə, 127-si Mtsxeta-Mtianetidə və 93-ü Samtsxe-Cavaxetiyada qeydə alınıb.

Gün ərzində daha 34 xəstə koronavirusdan ölüb. Gürcüstanda koronavirus diaqnozu qoyulan ölümlərin ümumi sayı 1 195-dir.

Cəmi 106 328 nəfər sağalıb, bunlardan 4 058-i son sutkada sağalanlar içərisindədir.

Hazırda ölkədə 20 393 aktiv COVID-19 hadisəsi var. Bunlardan 6 286-sı (30 faizdən çoxu) xəstəxanalarda, 10 263-ü (təxminə 50 faiz) evdə, 3 844-ü həkimlərin nəzarəti altında koronavirus üçün ayrılan otellərdə müalicə olunur.

Bu gün 942 ağır xəstə var, 421 nəfər süni tənəffüs aparatına qoşulub. 2 076 vətəndaş karantin yerlərində, 56 041 nəfər isə təcrid olunub.

Xatırladaq ki, ilk koronavirus hadisəsi Gürcüstanda 26 fevralda aşkar edilib.

Alçina Amilqızı
 

Mənbə: cebhe.info