Koronavirusun ağır formaya keçməsinə mane olan 2 MADDƏ

Koronavirusun ağır formaya keçməsinə mane olan 2 MADDƏ

Koronavirus əksər hallarda yüngül keçir. Lakin bəzi insanlarda kovid ağır fəsadlar verir və hətta ölümə səbəb olur.

Koronavirusa yoluxmadan qorunmaq mümkün olmasa da, virusun ağır fəsadlarının riskini azaltmaq mümkündür.

Çoxsaylı elmi araşdırmalar göstərir ki, D vitamini və sink mineralının defisiti bir çox hallarda koronavirusun ağır formasına keçməsinin riskini xeyli artırır və əksinə.

Sonxeber.az saglamolun.az-a istinadla bildirir ki, rusiyalı həkim Aleksandr Melnikovun sözlərinə görə, insanların əksəriyyətində D vitamininin çatışmazlığı var. Sink mineralının çatışmazlığı isə yaşlı insanlarda tez-tez müşahidə olunur.

Həkim bildirib ki, xəstələnəndən sonra sink və D vitamininin qəbulu kömək etməyəcək və kovidin gedişatına təsir göstərməyəcək. Onları qabaqcadan qəbul etmək lazımdır. Həkim D vitaminini və sinki profilaktik dozada qəbul etməyi tövsiyə edir.

Həmçinin həkim bildirib ki, bu maddələrlə zəngin olan qida məhsullarının qəbulunu da artırmaq lazımdır.

D vitamininin əsas mənbələri bunlardır: balıq yağı, treska balığının qaraciyəri, yağlı balıq (forel, siyənək, skumbriya, sardina, tunes və s.), yumurta sarısı, göbələk, süd məhsulları.

Sinkin əsas mənbələri bunlardır: qaraciyər, mal, qoyun əti, cücərdilmiş buğda, keşyu, sidr qozu, araxis, günəbaxan və balqabaq tumları, küncüt, kətan toxumu, yumurta sarısı, şokolad və kakao, paxlalılar (mərci, lobya, noxud), yulaf yarması.

Mənbə: sonxeber.az