Tibb müəssisələrinin akkreditasiyasını hansı qurumlar həyata keçirəcək?

Tibb müəssisələrinin akkreditasiyasını hansı qurumlar həyata keçirəcək?

Tibb müəssisələrinin akkreditasiyasını hansı qurumların həyata keçirəcəyi müəyyənləşib.

Tibb müəssisələrinin akkreditasiyası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Səhiyyə Nazirliyinin yaratdığı Tibb Müəssisələrinin Akkreditasiyası Komissiyası tərəfindən həyata keçiriləcək.

Bu, Nazirlər Kabinetinin "Tibb müəssisələrinin akkreditasiyası Qaydası"nın təsdiq edilməsi haqqında" qərarında əksini tapıb.

Qərara əsasən, Komissiyanın tərkibi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, digər tibb müəssisələrinə münasibətdə isə Səhiyyə Nazirliyinin rəhbəri tərəfindən təsdiq ediləcək.

Həmçinin, qərara əsasən, Tibb müəssisələrinin akkreditasiyası hər 5 (beş) ildən bir həyata keçiriləcək.

Dövlət tibb müəssisələri və özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası olan və həmin lisenziya üzrə ən azı 1 (bir) il fəaliyyət göstərən tibb müəssisələri akkreditasiyaya cəlb olunacaqlar.

Milli.Az

Mənbə: news.milli.az