Hikmət Hacıyev 13 yaşlı oğlanın oxuduğu muğamı dinlərkən göz yaşlarını saxlaya bilmədi - VİDEO

Hikmət Hacıyev 13 yaşlı oğlanın oxuduğu muğamı dinlərkən göz yaşlarını saxlaya bilmədi - VİDEO

Bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə erməni silahlı qüvvələrinin işğalından azad olunmuş Ağdam şəhərinə səfər edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev 13 yaşlı xanəndəmizin ifa etdiyi “Bayatı-Şiraz” muğamını dinləyərkən göz yaşlarına hakim ola bilməyib.

Bu barədə süjet Türkiyənin “Haber Global” telekanalında yayımlanıb.

Tədbirdən sonra muğam ifaçısı ilə görüşən H.Hacıyev öz səsi ilə onu kövrəldən gənc xanəndəyə minnətdarlığını bildirib.

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

Mənbə: www.oxu.az