17 ermənini təkbaşına məhv edən şəhidimiz torpağa tapşırıldı - Fotolar

17 ermənini təkbaşına məhv edən şəhidimiz torpağa tapşırıldı  - Fotolar

Biləsuvar rayonunda şəhid kapitan Elçin Tağıyev dəfn edilib.

"Qafqazinfo" xəbər verir ki, şəhidlə əvvəlcə Biləsuvar rayonunu Zəhmətabad kəndindəki ata evində vida mərasimi keçirilib.

Vida mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və şəhidin yaxınları iştirak edib.

Mərasimdən sonra şəhid Zəhmətabad kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, Elçin Tağıyev 1989-cu ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində doğulub. Peşəkar hərbici olaraq, vətən müharibəsinin başladığı ilk gündən döyüşlərdə xüsusi rəşadəti ilə seçilib. Elçin Tağıyev döyüşlərdə təkbaşına 17 nəfərlik düşmən qrupunu məhv edib. O, oktyabrın 1-də döyüşdə yaralanıb. Buna baxmayaraq, özünün yox, tabeliyində olan yaralı əsgərlərin döyüş meydanından çıxarılmağını əmr edib. Elçin Tağıyev isə axşam saatlarında şəhid olub. Şəhid olduğu mövqeydən kapitanın nəşini geç götürmək mümkün olub.

Surxay

Mənbə: qafqazinfo.az