Mətbuat Şurasının sədri Füzulidə həlak olan jurnalistdən yazdı

Mətbuat Şurasının sədri Füzulidə həlak olan jurnalistdən yazdı

Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi ərazisində minaya düşərək həlak olanlardan biri rayonun "Qayıdış" qəzetinin baş redaktoru Adilzadə Zibeydə Şakir qızıdır.

Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov özünün sosial şəbəkə hesabında məlumat verib. Şura sədri Zibeydə Şakir imzası ilə tanınan jurnalistin ailəsinə başsağlığını çatdırıb:

"Mərhumun doğmalarına, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirəm.

Həqiqətən də böyük faciədir. Müharibə başa çatsa da, onun dəhşətləri bitməyib. Böyük mərhələni geridə qoyduq. Bu mərhələni də inşallah geridə qoyarıq. Təəssüf ki, itkilərsiz olmur.

Bir daha mərhum jurnalistin ailəsinə başsağlığı verir, doğmalarının, yaxınlarının, həmkarlarının üzüntülərini bölüşürəm.

Allah rəhmət eləsin!"


Sonxeber.az instagramda izləyin
 

Mənbə: sonxeber.az