İybilmənin itməsi tək COVID-in əlaməti deyil?

Koronavirusda əvvəllər bir sıra digər viruslarda rast gəlinən xüsusiyyətlər birləşib və onun ən qeyri-adiliyi də bundan ibarətdir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu virusoloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru, professor Sergey Netesov bildirib.

Onun sözlərinə görə, immunitet sisteminin disorequlyasiyası (sitokin fırtınası; koronavirusa immunitet sisteminin təhlükəli reaksiyası) digər infeksiyalarda, məsələn, ebolada da baş verir. Tromb əmələgəlmə, koronavirus üçün səciyyəvi olan damardaxili disseminə olunmuş laxtalanma sindiromu Krım-Konqo hemorragik qızdırması, Denge qızdırması, böyrək sindromu zamanı da eyni şəkildə olur.

Bundan əlavə, virusoloq qeyd edib ki, iyin itirilməsi də koronavirus infeksiyasının xüsusi bir simptomu deyil. Burun vasitəsilə bədənə daxil olan və olfaktik sinirlərə təsir edən ən azı 20 virus eyni xüsusiyyətə malikdir.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Qolodomor faciəsi - VİDEO

SONRAKI XƏBƏR

Xırdalanda partlayış olub, xəsarət alanlar var