Oğurluğa görə saxlanılan, bölmədən qaçan şəxs hakim qarşısında

Oğurluğa görə saxlanılan, bölmədən qaçan şəxs hakim qarşısında

Oğurluqda şübhəli bilinərək saxlanıldıqdan sonra polis bölməsindən qaçan şəxsin məhkəməsi başlayıb.

Külli miqdarda oğurluq etməkdə ittiham edilən 36 yaşlı Rafiq Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Rafiq Allahverdiyev daha əvvəl də bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

R.Allahverdiyev Bakıda bir neçə obyektdən oğurluq etməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, Rafiq Allahverdiyev Abşeron rayonunda oğurluğa görə saxlanılmışdı. Rafiq Allahyarov polislər əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə aparılmışdı. R.Allahyarov pəncərədən qaçmışdı.//musavat

Mənbə: www.yeniavaz.com