Tənəffüs məşqləri koronavirusa yoluxan insanlara infeksiyanın təsirlərindən qurtulmağa kömək edir.
Publika.az xəbər verir ki, bunu RİA “Novosti”yə tibb elmləri doktoru, immunoloq, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov deyib.
O bildirib ki, tənəffüs yoqası ilk növbədə bədənə oksigen verilməsini tənzimləyir. Bu da ağciyər zədələnməsindən sonra tənəffüs çatışmazlığını yüngülləşdirir.
Jemçuqov COVID-19 xəstəliyinin digər nəticələrinin hormonal statusun pozulması, təzyiq, temperatur və nəbzin artıması, həmçinin mərkəzi sinir sisteminin zədələnməsi olduğunu qeyd edib.
Zümrüd
Mənbə: publika.az