Azərbaycanda son sutkada koronavirusdan ölənlərin sayında REKORD qeydə qalındı

Azərbaycanda son sutkada koronavirusdan ölənlərin sayında REKORD qeydə qalındı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4170 yeni yoluxma faktı qeydə alınıb, 1985 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 1181195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 73676 nəfər müalicə olunaraq sağalıb, 1361 nəfər vəfat edib, aktiv xəstə sayı 43158 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17581, ötən müddət ərzində isə ümumilikdə 17182335 test aparılıb.

 

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

Azərbaycanda COVID-19-a 4170 yeni yoluxma qeydə alınıb,1985 nəfər sağalıb, 38 nəfər vəfat edib

Mənbə: apa.az