Topçu" arağı ilə bağlı rəsmi açıqlama

Topçu" arağı ilə bağlı rəsmi açıqlama

Bu gün sosial şəbəkələrdə Vətən müharibəsində topçu kimi məşhurlaşmış Vüsal Şahkərəmovun şəklinin "Toçu" arağının şüşəsi üzərinə vurulıması ilə bağlı foto yayılıb. Həmin foto sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. Bu addımı tənqid edənlər həmin fotonun tariux kitabları üzərinə vurlmasının arzuolunan olduğunu qeyd ediblər.

Məsələ ilə bağlı həmin arağı istehsal "Az-Granata" MMC-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli açıqlama yayıb. O bildirib ki, "

"AZGRANATA" MMC olaraq, "Topçu" adlı yeni vodka məhsulunun istehsalını planlaşdırdığımızı sosial şəbəkə hesablarımızda paylaşmağımız bəzi vətəndaşlarımız tərəfindən xoş qarşılanmadı. Hətta sual edənlər oldu ki, görəsən "AZGRANATA" MMC bu məhsulun şüşəsinin üzərində Vüsal Şahkərəmovun şəkilinin olması üçün cəsarətli topçumuzun ailəsindən razılıq alıblarmı.

Yaranan narahatlıq və narazılıqlara aydınlıq gətirərək son vermək üçün qeyd edirik ki, narahatlığa gərək yoxdur. Şirkətimizin rəhbərliyi Vüsal Şahkərəmovun atası Şahkərəmov İslam Hacıağa oğlu ilə danışaraq, ondan rəsmi olaraq icazə almışdır.

Belə olduğu halda bu məhsulun müəssisəmizdə istehsal edilməsinə və satışa göndərilməsinə heç bir problem və qanunauyğunsuzluq halı yoxdur.

Sonda isə qısa olaraq bildirmək istəyirik ki, "AZGRANATA" MMC olaraq fəaliyyətimiz dövründə hər zaman dövlətimizin ali qanunlarına əməl edərək, xalqımıza keyfiyyətli məhsullar təqdim etməyi özümüzə vacib borc bilmişik.

Eyni zamanda "AZGRANATA" MMC olaraq, Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadətlə döyüşən ordumuza daim mümkün olan dəstəyimizi göstərmişik. Bu dəstək faktları 44 günlük haqq döyüşlərimiz zamanı bir sıra xəbər saytlarında və şəxsi sosial şəbəkə hesablarımızda sizlərə çatdırılıb."

Ü.Günəşlinin açıqlamasının altında gedən müzakirədən bu da aydın olub ki, şirkət topçunun ailəsinə fotodan istifadəyə görə heç bir ödəniş də etməyib, çünki ailə razılığı tam təmənnasız verib. Mövzu ilə bağlı sosial şəbəkədə olan açıqlama və sənədin fotosunu təqdim edirik:

Mənbə: yenilik.az