İngiltərədə pulsuz D vitamini paylanacaq

İngiltərədə pulsuz D vitamini paylanacaq

İngiltərədə koronavirusla mübarizə çərçivəsində evdə karantin rejimində qalan şəxslərə D vitamini paylanacaq.
Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, vitaminlərin paylanmasına yanvar ayında start veriləcək. İlk növbədə risk qrupuna daxil olan 2,5 milyon şəxsə üstünlük veriləcək. Vitaminlər 4 ay kifayət edəcək qədər təqdim olunacaq.
İngiltərə Səhiyyə naziri Matt Hankok koronavirusa nəzarəti əldə saxlamaq üçün evdə qalan şəxsləri nəzərə alaraq, bu il D vitamini çatışmazlığı yaşana biləcəyini vurğulayıb. Bu səbəbdən də nazirlik ehtiyac sahibi şəxslərə pulsuz D vitamini veriləcəyini açıqlayıb.
Qeyd edək ki, İngiltərədə bu günə kimi 1 milyon 617 min 327 nəfər koronavirusa yoluxub, 58 min 245 nəfər isə dünyasını dəyişib.

Mənbə: www.yeniavaz.com