Azərbaycanda onlayn təhsil rejiminin vaxtı uzadıldı

Azərbaycanda onlayn təhsil rejiminin vaxtı uzadıldı

Nazirlər Kabineti "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarına dəyişiklik edib.
Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, ölkə ərazisində distant (məsafədən) təhsilin müddəti dekabrın 30-dək uzadılıb.

Mənbə: cia.az