Könüllü xanımlardan yaralı əsgərlərimizə sürpriz - VİDEO

Könüllü xanımlardan yaralı əsgərlərimizə sürpriz - VİDEO

Nuranə Səfərova, Çinarə Məmmədova, Nuranə Karakurt, Nərgiz Tağıyeva, Naidə Dadaşova, Aygül Quliyeva və Aysel Dəvrişova İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş qəhrəman qazilərimizi ziyarət etdilər.

KONKRET.az xəbər verir ki, onlar Vətən uğrunda igidliklə döyüşən və əldə etdiyimiz tarixi Qələbədə mühüm rolu olan qazilərimizə göstərdikləri böyük fədakarlığa və cəsarətə görə minnətdarlıq bildiribər, onlara müxtəlif hədiyyələr təqdim ediblər.

Qazilərimiz Müzəffər Ali Baş Komandamız İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın bütövlüyü uğrunda vuruşmağın onlar üçün şərəf olduğunu dedilər, göstərilən diqqətə görə təşəkkür etdilər.

 

Natiq Səlim,

KONKRET.az

 

Mənbə: konkret.az