Kafan şəhəri hava limanını itirəcək - Ermənilər ŞOKda

Kafan şəhəri hava limanını itirəcək - Ermənilər ŞOKda

"Sovet xəritəsinə görə, Azərbaycan-Ermənistan sərhədi Kafan hava limanını iki yerə bölür. Amma hava limanı Ermənistan tərəfdə qalacaq". Bu barədə qafan şəhərinin meri Gevorq Parsyan mediaya açıqlamasında deyib.

Mer əlavə edib ki, Qafan hava limanını ötən il sıfırdan tikmişik: "Ermənistanın paytaxtından bura avtobusla 6 saatlıq yol var. Amma təyyarə ilə 45 dəqiqəyə gəlmək olar".

Qeyd edək ki, Ermənistan sərhədlərin demarkasiya məsələsində heç də həvəsli görünmür. Çünki, indiyədək Azərbaycanla sərhədin böyük hissəsi erməni silahlı birləşmələrinin nəzarəti altında olub. Sərhədlərin sovet xəritəsi ilə təyini Ermənistana baha oturacaq, ərazi itkisi qaçılmaz olacaq.

Mənbə: sia.az