Ordumuzun qartal ləqəbli qəhrəmanı - VİDEO

Sitarə xanım düşmənə 28 ildir acı çəkdirən Xüsusi Təyinatlı Qüvvələrin komandir müavini polkovnik-leytenant şəhid Ramiz Cəfərovun həyat yoldaşıdır. İndi o, kədərlə qürur hissinin vəhdət təşkil etdiyi günlərini yaşayır. Çünki, Ramiz Cəfərov İkinci Qarabağ müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olub. Şəhidimizin vətənə beş övladı yadigar qalıb. Bu uşaqların isə indi tək məqsədi var. Qəhrəman atalarının böyük arzularını yerinə yetirmək...

Əslən Masallıdan olan Ramiz Cəfərovun adı düşmənə yaxşı məlum idi.Onun yaxın qohumu Fərrux Cəfərov deyib ki, 28 il qüsursuz xidmət edən Ramiz Cəfərov təcrübəli zabit olub. Hərbiçi olmaq isə uşaqlıqdan qarşısına qoyduğu tək məqsəd idi.

Cəbhə bölgəsində qəhrəmancasına şəhid olan Ramiz Cəfərov İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Laçından çıxmaq istəməyən erməni qadın saçını yonub qışqırdı - VİDEO

SONRAKI XƏBƏR

Bakının Nərimanov rayonunda sökülən binanın sakinləri etiraz edirlər