ABŞ-ın lüğət saytı ilin sözünü seçib

ABŞ-ın lüğət saytı ilin sözünü seçib

ABŞ-ın nüfuzlü lüğət saytı “Merriam-Webster” 2020-ci ilin sözünü seçib. Bu “pandemic” (pandemiya) sözüdür.

Bu barədə “Meduza” xəbər yayıb.

Bildirilir ki, “pandemic” lüğət saytında axtarışda olan ən populyar söz olub. Martın 11-də ÜST koronavirus pandemiyasını elan etdikdən sonra “Merriam-Webster”də bu söz bir il əvvəl eyni gün ilə müqayisədə 115 806 dəfə çox axtarılıb.

Lüğət istifadəçiləri tərəfindən ən çox axtarılan sözlər siyahısında həmçinin “coronavirus”, “defund” (maliyyələşdirməni kəsmək), “Mamba”, “Kraken”, “quarantine” (karantin), “antebellum” (müharibə öncəsi) və sair sözlər olub.

İngilis dilinin nüfuzlu lüğəti “Collins English Dictionary” isə 2020-nin əsas sözünü “lokdaun” adlandırıb.

Mənbə: www.oxu.az