Qarabağ “TV Rain”də - FOTO

Qarabağ “TV Rain”də - FOTO

Rusiyanın “Rain” telekanalının “Burada və İndi” verilişində ermənilərin Qarabağı boşaltmaları və torpaqlarımızın işğaldan azad olunması ilə bağlı mövsüm müzakirə olunub.

Dağlıq Qarabağdan Ermənistan Silahlı Qüvvələrinin çıxarıldığını və 30 ilə yaxındır ki, evlərindən didərgin düşmüş azərbaycanlıların yurdlarına qayıtdıqlarını deyən verilişin aparıcısı Pavel Lobkov, bu günlərdə Füzuli rayonunda bir neçə azərbaycanlının tankəleyhinə minaya düşməsi xəbərinə də toxunub.

Verilişə birbaşa Azərbaycandan qoşulan kanalın digər əməkdaşı Vladimir Romenski isə əvvəlcə Qarabağa səfəri barədə təəssüratlarını bölüşüb: “Azərbaycanlıların işğaldan azad olunmuş evlərinə dönmələri üçün müəyyən vaxt lazımdır. Həmin ərazilər minalardan təmizlənməlidir, dağıdılmış evlər, su, qaz sistemləri bərpa olunmalıdır. Burda olduğum müddətdə Füzuli və Ağdam şəhərlərini ziyarət etmişəm. Ağdamın tamamilə dağıdıldığını və orada demək olar ki, bir dənə də evin qalmadığını deyə bilərik. Oraya jurnalistlər dəvət olunub və onlara müəyyən edilmiş yerlərdən kənara çıxmamaları tapşırılıb. Belə ki, digər ərazilər hələ ki, minalardan təmizlənməyib. Biz burda ərazilərin necə təmizlənməsini, sapyorların necə işlədiklərini gördük”.

Bundan sonra Romenskinin Ağdamla bağlı hazırladığı sujet efirə təqdim olunub.

“Mən hazırda Ağdam şəhərindəyəm. Amma indi bura daha çox “ruhlar şəhəri” adı uyğun gəlir. Belə ki, 1-ci Qarabağ müharibəsindən sonra burada demək olar ki, hər şey dağıdılıb, bir dənə belə ev qalmayıb”.

Bunu Vladimir sujetinə başlayarkən deyib. İşğaldan azad oldunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin baş çəkdiyi məscidə də gedən rusiyalı jurnalist, ölkə başçısının orada namaz qıldığını və məscidə verdiyi quran barədə də danışıb.

Məsciddə çəkiliş edən zaman azərbaycanlı qadının orada namaz qıldığını deyən Vladimir Romenski onun da fikirlərini öyrənib.

“O vaxt mən uşaq idim, nənəm həmişə məsciddə namaz qılardı. Bizə də namazı o öyrədib. Bizim Qarabağ kimi sağalmaz yaramız var idi. Nəhayət bizim torpaqlarımız geri qayıtdı və yaralarımız sağaldı. Bizim şəhidlərimiz var. Amma bizim bu yaralarımız məhs şəhidlərimizin sayəsində sağaldı”-deyə, azərbaycanlı qadın müsahibəsi zamanı bildirib.

Romenski Ağdam şəhərində məşhur fotoqraf Reza Deqatinin 1992-ci ildə çəkdiyi fotoların səyyar sərgi təqdimatında da iştirak edib. O, İran əsilli fotoqrafın Ağdamın işlandan əvvəlki illərdə çəkdiyi şəkillə indiki vəziyyətini də müqayisə edib.

Vladimir Ağdam Dövlət Dram Teatrı ilə yanaşı Çörək muzeyinin də hansı vəsiyyətdə olduğunu nümayiş etdirib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin gördüyü işə də toxunan rusiyalı jurnalist ərazilərin minalardan təmizlənmə prosesində istifadə olunan “Bozena-5” markalı mexaniki minatəmizləyən maşından da danışıb.

Reportajdan sonra Füzuli rayonunun xarabalıqları, ermənilər tərəfindən dağıdılmış qəbiristanlıq və məhv edilmiş infrastruktur göstərilib.

 

Mənbə: www.realtv.az