“Atam qaçqınçılıqdan əvvəl universitetdə müəllim işləyirdi və arzulayırdı ki, pensiyaya çıxıb Laçına qayıtsın...”

“Atam qaçqınçılıqdan əvvəl universitetdə müəllim işləyirdi və arzulayırdı ki, pensiyaya çıxıb Laçına qayıtsın...”

“Biz bu dəqiqə çox böyük şadlıq hissi keçiririk, sevinirik. Əlbəttə, 28 il idi ki, Laçını görmürdük”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Fəxri Uğurlu deyib. Yazıçı dövlətimizin və ordumuzun belə bir uğurlu əməliyyat keçirməsinin onun üçün gözlənilməz olduğunu bildirib:

“Bizim əslimiz Laçındandır, amma mən Bakıda doğulmuşam. Biz bu dəqiqə çox böyük şadlıq hissi keçiririk, sevinirik. Əlbəttə, 28 il idi ki, Laçını görmürdük. Anam Ağdam, atam isə Laçın rayonundan idi. Özümüz hər yay Laçına gedirdik, bir ayağımız kənddə olub. Bizim kənd Laçının Oğuldərə kəndidir. Torpaqlarımızın işğaldan azad ediləcəyinə həmişə ümidimiz olub, inanmışıq ki, o yerlərimizə qayıdacağıq. Amma məhz bu il, bu zaman kəsiyində torpaqlarımızın işğaldan azad olunacağı ağlımıza gəlməzdi. Əlbəttə, bu, ordunun yaratdığı çox böyük bir möcüzə oldu. Allah şəhidlərimizi rəhmət eləsin. Qazilərimizə şəfa diləyirik. Əlbəttə, onlar bu ləkəni millətin alnından sildilər. Atam 2007-ci ildə dünyasını dəyişdi və burda da dəfn etdik. Noyabrın 25-də onun ildönümü idi və onun şeirini paylaşdım. Onun “İlahi, sən məni o kəndə yetir!” adlı şeiri var idi. Atam qaçqınçılıqdan əvvəl universitetdə müəllim işləyirdi və arzulayırdı ki, pensiyaya çıxıb Laçına qayıtsın. Sonra rayonumuz işğaldan azad olundu”.

Vasif Əlihüseyn

Mənbə: moderator.az