Əsgərlər “Laçınım mənim” oxudu - VİDEO

Əsgərlər “Laçınım mənim” oxudu - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin birləşmələri Laçın şəhərinə daxil olub. Nəhayət, 28 ildən sonra bu torpaqlar da öz Vətəninə qovuşub.

18 may 1992-ci ildə işğal edilən rayonun azad olunduğu gün bundan sonra 1 dekabr olaraq tarixə həkk olunub.

Cebhe.info xəbər verir ki, əsgərlərimiz Laçının işğaldan azad olunmasını mərhum müğənni, dünyadan Laçın həsrəti ilə köçən Məhəbbət Kazımovun unudulmaz bəstəsi olan “Laçınım” mahnısı ilə qeyd ediblər.

Xəzər

Mənbə: cebhe.info