Bu ölkədə 89 gündən sonra koronavirus qeydə alındı

Vyetnamda 89 gündən sonra ilk dəfə bir nəfərdə koronavirus aşkarlanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, iki həftə əvvəl Yaponiyadan qayıdan stüardessada “COVID-19” müəyyən edilib. Səhiyyə naziri Nguyen Thanh Long açıqlamasında şəhərlərə və dövlət qurumlarına nəzarətin sərtləşdirilməsi üçün əmr verildiyini bildirib.

32 yaşlı kişinin xarici dil kurslarına getdiyi, kafe, karaoke barlarını ziyarət etdiyini və bu müəssisələrin, kursun ehtiyat məqsədilə bağlanıldığı qeyd olunub.

Bu məqamda bildirək ki, bu günə qədər Vyetnamda 1347 nəfər koronavirusa yoluxub, 35 nəfər isə dünyasını dəyişib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

“Qarabağda ermənilərlə azərbaycanlılar yenə qonşuluq şəraitində yaşayacaqlar”

SONRAKI XƏBƏR

Prezident düşmənin məhv edilən texnikasının sayını açıqladı