Qanvermənin faydaları və zərərləri

Qanvermənin faydaları və zərərləri

Qana ehtiyacı olanlar üçün qan vermək həm vacib, həm də savab işdir. Bir çox xəstələr vardır ki, qan çatmazlığı səbəbindən həyaını itirir. Hətta elə xəstələr var ki, onlara vaxtaşırı qan köçürmək lazım gəlir. Qəza zamanı qan itirən xəstələrə və bəzi qan xəstəlikləri zamanı qanköçürməyə daha çox ehtiyac olur. Hər bir sağlam adam ildə 2 dəfə qan verə bilər. Qan vermək insanın sağlamlığı üçün faydalıdır. Çəkisi 50 kiloqram və yaşı 18-65 arasında olan hər bir sağlam adam qan verə bilər. Çünki, qanvermə zamanı qan hüceyrələri yenilənir.
Amma qanvermənin bəzi zərərləri də var. Adətən qan verən adama meyvə şirəsi və ya şokolad verirlər. Çünki ilk dəqiqələrdə qan verən adamda baş hərlənməsi ola bilər.
Qanvermədən sonra donorda aşağıdakı əlamətlər baş verə bilər:
- ürək bulanma
- baş gicəllənmə
- titrətmə və tərləmə
- stres
- baş hərlənmə
- yıxılma hissi
- əzələlərdə və dodqlarda qıcolmalar
Qanvermənin faydaları:
- orqanizmdə qan hüceyrələri təzələnir
- qanda yağın miqdarı aşağı düşür
- ürək xəstəlikləri riski 90% azalır
- qan vermək bədəni cavanlaşdırır
- sağlam həyat tərzi üçün ildə 1 dəfə qan vermək faydalıdır
- qan verən adam özünü yüngül və rahat hiss edir
- qan verən adamın qanyaradıcı orqanları fəaliyyətini gücləndirir və yeni qan yaratmaq üçün hərəkətə başlayır.

Milli.Az

Mənbə: news.milli.az