Ekspert: “Yataqda uzanıb dərs keçmək hansı prosedura uyğun gəlir?” - VİDEO

Ekspert: “Yataqda uzanıb dərs keçmək hansı prosedura uyğun gəlir?” - VİDEO

Mart ayından etibarən təhsilin onlayn distant qaydada tədrisi həm müəllimlər, həm də şagirdlərdə müəyyən çaşqınlıq yaradıb. Bir çox müəllimlər şagirdlərin onlayn dərsdə davranış qaydalarını bilmədiklərindən şikayətlənir. Elə Bakı Dövlət Universitetində yaşanan son hadisə də buna misaldır.

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” verilişi maraqlı süjet hazırlayıb.

Ekspertlər bildirir ki, müəllimlərin çoxu onlayn proqramlarda alətlərdən düzgün istifadə qaydasını bilmir.
Ekspert Namiq Məmmədov deyir:

“Onlayn dərsin aparılması ilə əlaqədar birinci müəllimlərə təlimat keçilməlidir”.
Ekspert Kamran Əsədov isə bildirir:

“Şagird dərs prosesində olduğunu anlamalıdır. Yataqda uzanıb dərs keçmək hansı prosedura uyğun gəlir? Orada hansı öyrənmə və yaxud da öyrətmə şəraiti ola bilər”.

Psixoloqlar bu məsələdə əsas məsulliyyətin valideynlərin üzərinə düşdüyünü deyir.

Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşı Səidə Əhmədova bildirir:

“Hərdən valideynlər kiçik metodlardan istifadə edə bilər. Məsələn, valideyn otağa hər hansı bir əşyanı götürmək bəhanəsi ilə girib, uşağın diqqətinin dərsdə olub-olmadığını yoxlaya bilər”.

Mənbə: paralel.az