Qarabağda quruculuq dövrü - VİDEO

Qarabağda quruculuq dövrü - VİDEO

Azərbaycanın azad edilmiş torpaqlarda həyatın yenidən bərpası üçün strateji yanaşması mövcuddur.

Millət vəkili Cavid Osmanovun sözlərinə görə, problemlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb, praktiki tədbirlərin həyata keçirilməsinə başlanıb. Yəni Azərbaycan dağıdılmış bölgələrdə vətəndaşların normal həyatı üçün bütün addımları atacaq.

Cavid Osmanov deyir ki, hökumət quruculuq işləri ilə yanaşı 30 ildə tarixi torpaqlarımızı talan edən, şəhərləri kəndləri viran qoyan erməni cinayətkarların məsuliyyətə cəlb olunması üçün bütün hüquqi addımları atacaq.

 

Mənbə: www.realtv.az