Nazirlər Kabineti mühüm qərara dəyişiklik etdi - SON DƏQİQƏ

Nazirlər Kabineti mühüm qərara dəyişiklik etdi - SON DƏQİQƏ

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərarında dəyişiklik edilib.

Oxu24.com  xəbər verir ki, dəyişikliyə əsasən, kreditlər 2020-ci il üzrə 90 (doxsan) milyon manat məbləğinədək, 2021-ci il üzrə 210 (iki yüz on) milyon manat məbləğinədək olmaqla, ümumilikdə 300 (üç yüz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin ediləcək.

Bu Saziş üzrə dövlət zəmanətinin yuxarı həddi 300 (üç yüz) milyon manat müəyyən edilmişdisə, artıq yuxarı həddi “2020-ci il üzrə 90 (doxsan) milyon manat, 2021-ci il üzrə isə 210 (iki yüz on) milyon manat olmaqla, ümumilikdə 300 (üç yüz) milyon manat müəyyən edilib.

Eyni zamanda Zamin Fondun rəsmi müraciəti əsasında müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektlərinə ayrılan kredit vəsaiti üzrə öhdəliklərin (əsas borc) 2020-ci il üzrə 90 (doxsan) milyon manat məbləğinədək, 2021-ci il üzrə isə 210 (iki yüz on) milyon manat məbləğinədək olmaqla, ümumilikdə 300 (üç yüz) milyon manat məbləğinədək hissəsinin yerinə yetirilməsinə həmin məbləğdə dövlət zəmanəti verəcək.

Mənbə: oxu24.com