Avropa ölkələrinin əksəriyyəti Milad mövsümü pandemiya məhdudiyyətlərini yüngülləşdirməyi planlaşdırır

Avropa ölkələrinin əksəriyyəti Milad mövsümü pandemiya məhdudiyyətlərini yüngülləşdirməyi planlaşdırır

Avropalıların istədikləri yalnız əvvəllər olduğu kimi Milad mövsümü şən və parlaq bir şəkildə keçirməkdir. Bəzi hökumətlər ictimai təzyiq altında bayram ruhunu bir qədər saxlamaq üçün pandemiya məhdudiyyətlərini azaldır.

Bəzi hökumətlər ailələrin bir araya gəlməsi və insanların səyahət etməsinə icazə verməklə məhdudiyyətləri yumşaltmağı planlaşdırdıqları halda, digərləri karantin və ya komendant saatının ləğvi kimi tədbirlərin hansı həddə qədər yumşadılması məsələsəni nəzərdən keçirir. Belə ki, Milad bayramının çox şən keçməsi böyük ehtimalla acınacaqlı bir Yeni İlə işarə ola bilər.

Dünya boyu koronavirusa yoluxmalar və COVID-19-dan ölüm hallarının dörddə biri payına düşən Avropanın mütəxəssisləri tətil rejimi liberallaşdıqca, infeksiya nisbətinin iki dəfə artacağı barədə xəbərdarlıq edir.

Avropa Komissiyasının prezidenti Ursula Von Der Leyen keçən həftə deyib ki, Avropa dövlətləri hər hansı pandemiya məhdudiyyətlərinin yumuşaldılmasını əlaqələndirməlidir.

“Biz məhdudiyyət tədbirlərinin tədricən və koordinasiyalı şəkildə qaldırılması ilə bağlı təklif verəcəyik. Bu, daha bir dalğa riskinin qarşısını almaq üçün çox vacibdir ” - deyə, Von Der Leyen bildirib.

Sərt pandemiya tədbirləri tətbiq edən bəzi ölkələr Milad bayramı bu məhdudiyyətləri azı bir neçə gün dayandırmağı planlaşdırır. Onlara Britaniya da daxildir. Lakin İtaliya kimi bəzi ölkələr hələ qərar verməkdə çətinlik çəkir.

Mənbə: www.amerikaninsesi.org