Əfsanəvi kəşfiyyatçı: "Kəşfiyyata gedəndə çalışırdım ki, bir erməni ilə qayıdım" - VİDEO

Əfsanəvi kəşfiyyatçı: "Kəşfiyyata gedəndə çalışırdım ki, bir erməni ilə qayıdım" - VİDEO

"Hər dəfə kəşfiyyata gedəndə çalışırdım ki, bir erməni ilə qayıdım".

BAKU.WS Xezerxeber.az-a istinadla xəbər verir ki, bunu Qarabağ qazisi Camal Hüseynov deyib.

Qarabağ müharibəsi zamanı kəşfiyyatçı olmuş C.Hüseynov Xəzər TV-nin "Vaxtı Gəldi!" verilişinin qonağı olub.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş C.Hüseynov deyib ki, ölümdən də qorxmurdu:

"Minaların üzərindən keçirdik. Düzdür, təhlükəli idi, amma bizim işimiz bu idi. Kəşfiyyata getdiyim zaman elə olub ki, risk edib Araz çayının yox, gölməçələrin suyundan içmişəm. Dodaqlarım qan bağlayırdı. Əllərimin üstü qan idi. Gecələr işləyir, gündüzlər kol-kosda yatırdıq".

C.Hüseynovun mövzu ilə bağlı daha ətraflı açıqlamasını təqdim edirik.

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

 

Mənbə: baku.ws