Metro stansiyalarından birinə şəhid Xudayarın adının verilməsi ilə bağlı AÇIQLAMA

Metro stansiyalarından birinə şəhid Xudayarın adının verilməsi ilə bağlı AÇIQLAMA

Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan ordusunun şanlı qələbəsi ilə nəticələndi. Bu qələbənin əldə edilməsinə şəhidlərimizin müstəsna rolu var. Məhz buna görə metro stansiyalarına İkinci Qarabağ müharibəsində iştirak edən və şəhid olan qəhrəmanlarımızın adlarının verilməsi təklif olunur. Əsas təkliflərdə biri də gözəl ifası ilə ürəklərdə taxt quran Xudayar Yusifzadənin adının metro stansiyalarından birinə verilməsidir.

Bununla bağlı Sonxeber.az-a danışan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki,bu təşəbüsə fikir bildirmək səlahiyyətimiz yoxdur:

"Çünki metro stansiyalarına adların verilməsi yalnız Nazirlər Kabinetin səlahiyyətindədir. Bizim bununla bağlı hər hansı rəy və fikir bildirməyimiz düzgün olmazdı. Çünki bu Nazirlər Kabinetin müstəsna səlahiyyətidir. Bizə bu gün bununla bağlı hər hansı müraciət daxil olmayıb. Əgər bununla əlaqədar təklif olarsa, Nazirlər Kabinetinə istiqamətləndirəcəyik. Çünki bu Nazirlər Kanbinetinin səlahiyyətində olduğu üçün müraciətlər də oraya olmalıdır".

Aysel Yusifqızı



 

Mənbə: sonxeber.az