Dünya azərbaycanlılarından qələbə münasibətilə təbrik və təşəkkür məktubları gəlməkdə davam edir

Dünya azərbaycanlılarından qələbə münasibətilə təbrik və təşəkkür məktubları gəlməkdə davam edir

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə bütün dünyada yaşayan soydaşlarımız tərəfindən böyük fərəh və sevinc hissi ilə qarşılanır. SİA-nın xəbərinə görə, qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan təbrik və təşəkkür məktubları da qeyd edilənləri bir daha sübut edir.

Almaniya, Rusiya, İsveç, Türkiyə, Monteneqro, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ukrayna və Türkmənistanda yaşayan azərbaycanlılar prezidentimizi, xalqımızı və ordumuzu şanlı zəfər münasibətilə təbrik edir, yaşadıqları qələbə sevincinə görə öz təşəkkürlərini bildirirlər.

Həmyerlilərimiz bildirirlər ki, hansı ölkədə yaşamalarından asılı olmayaraq hər zaman dövlətimizin yanındadırlar, Ali Baş Komandanı dəstəkləyirlər, bundan sonra da dövlətimizin mənafeyi və xalqımızın rifahı naminə əllərindən gələni edəcəklər.

Məktublarda həmçinin vurğulanır ki, dünya müharibə tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi tariximizin ən şanlı səhifəsidir. Soydaşlarımız Vətən uğrunda canından keçən əsgər və zabitlərimizi ehtiramla anır, tanrıdan onlara rəhmət diləyirlər.

 

Mənbə: sia.az