Azərbaycanda "evdə qal" karantin rejimi geri qayıda bilər-AÇIQLAMA

Azərbaycanda "evdə qal" karantin rejimi geri qayıda bilər-AÇIQLAMA

Dünyada və Azərbaycanda pandemiya ilə bağlı vəziyyət getdikcə gərginləşməkdədir. Artıq Azərbaycanda yoluxmaların sayı 4000-ni, ölənlərin sayı isə 40-ı keçib. Yoluxma sayının artmasının qarşısını almaq üçün "evdə qal" karantininə qayıdıla bilər?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Kamilə Əliyeva qeyd edib ki, təəssüf ki, Azərbaycanda pandemiya ilə bağlı vəziyyət təhlükəli vəziyyətə çatıb:

"Bildiyiniz kimi artıq bütün dünyada gün ərzində yoluxanların sayı artmaqdadır. Azərbaycanda da gündəlik yoluxanların statistikası çox yüksəkdir. Gün ərzində koronavirusa yoluxanların sayı 4000-ni keçib. Yoluxanların sayı artdığına görə gündəlik ölənlərin sayın da çoxalır. Aydın məsələdir ki, gündəlik yoluxanların sayı çoxalarsa, müvafiq olaraq ölənlərin sayı da artır. Gündəlik yoluxanlarının sayının atma səbəbi aydındır. İkinci məsələ isə bilirsiniz ki, 44 günlük Vətən Müharibəsilə biz torpaqlarımızı işğaldan azad etdik. Bu da insanlarda ruh yüksəkliyi yaratdı. İnsanlarımız bu sevinci yaşamaq üçün küçələrə axışdı. Təəssüf ki, bu zaman heç bir qoruyucu vasitələrdən istifadə olunmadı. Bu da yoluxma sayınınn atmasına səbəb oldu. Yoluxmanın artmasının digər səbəbi isə mövsümlə bağlıdır. Payızda soyuqdəymə xəstəliklərinin artması koronavirusun artmasına təkan verdi. Bilirik ki, havaların soyuması immunitetin aşağı düşməsinə səbəb olur. Soyuqdəymə ilə koronavirus xəstəliyi birləşdikdə müəyyən fəsadlar ortaya çıxır".

Deputat vurğulayıb ki, koronavirusun peyvəndi tapılmadığına görə Operativ Qərargahın qoyduğu qaydalara əməl etməliyik:

"Sosial məsafəni qorumalı, maska taxmalı və dezinfeksiya məhlularından istifadə edilməlidir. Açıq havada da maskadan istifadə mütləqdir. İnsanlarımız karantin qaydalarına əməl etməsə və bu rəqəmlər getdikcə artsa daha sərt karantin tədbirləri görülə bilər. Çünki tədbirlər görülməsə bunun ciddi fəsadları ola bilər. Çünki bu xəstəliyi müxtəlif formada keçirənlər var. Bəzən heç bir əlaməti olmasa belə testin analizi müsbət çıxır. Bu rəqəmlər artsa və evdə müalicə olunanların vəziyyəti ağırlaşdıqdan sonra xəstəxanalara axın ola bilər.

Təbii ki, bu da xəstəxanalarda yer çatışmazlığı yaradacaq. Düzdür, dövlətimiz tərəfindən qabaqlayıcı tədbirlər görüldü, modul tipli xəstəxanalar fəaliyyətə başladı. Bundan sonra yoluxma sayı daha da artarsa xəstəxanalarda yer məhdudiyyəti ilə qarşılaşa bilərik. Hətta Avropada belə vəziyyət acınacaqlıdır. Avropa ilə müqayisdə şükkür bizdə bu problem yoxdur. Amma insanlarımız qaydalara əməl etməsə, bu cür problemlərin qarşısını almaq üçün Operativ Qərargah daha sərt karantin rejimi tədbiq edilməsi ilə bağlı qərar verə bilər. Bu da bir çox müəsssisələrin yenidən qapadılmasına, "sms icazə" sisteminə və "evdə qal" karantin rejiminə qayıtmağımıza səbəb olacaq. Əgər bunun olmasını istəmiriksə, koronavirusla mübarizəmizdə 44 günlük Vətən müharibəsindəki kimi həmrəylik nümayiş etdirərək özümüzü və yaxınlarımızı qoruyaq".

Aysel Yusifqızı



 

Mənbə: sonxeber.az