Qürurumuzu ucaldan qəhrəman - VİDEO

Qürurumuzu ucaldan qəhrəman - VİDEO

Azərbaycan bayrağının Zəngilanda ucaldılmasını ali baş komandana böyük fəxr və qürurla məruzə etmişdi polkovnik-leytenant Anar Əliyev. Vətən müharibəsindəki şücaəti, qəhrəmanlığı və şəhidliyi ilə həm öz tarixini, həm də yeni şanlı tariximizi yazanlardan oldu Anar Əliyev.

Naxçıvan Əlahiddə Ümumiqoşun Ordusunun xüsusi təyinatlı zabiti, Polkovnik Leytenant Cəbrayıl, Qubadlı, Zəngilan uğrunda döyüşlərdə xüsusi təyinatlı komandir kimi ön cərgələrdə vuruşaraq şücaət göstərib. Oktyabr ayının 21-də Xocavənd istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub.

Hazirda Tər-tər şəhərində yaşayan ailəsinin Anarın şərəfli həyat və döyüş yolu ilə bağlı xatirələrindən qəhrəmanlıq dastanı yazmaq olar. Atası Vaqif Əliyev deyir ki, hələ kiçik yaşlarından müharibənin dəhşətlərini görən Anar hərbçi olmağı qarşısına məqsəd qoymuşdu. Yüksək ali təhsil alan, xarici ölkələrdə hərbi təlimlər keçən oğullarının hara getsə ordan hər zaman başı uca qayıtdığını deyir ata. Elə Vətən müharibəsində də başımızı uca etdi, bu dəfə tək ailəsinin deyil, xalqının da başını, qürurunu ucaldaraq şəhidlik zirvəsinə yüksəldi.

Anar doğulduğu Kəlbəcərə bayraq sancmağı çox arzulasa da, bunu onun silahdaşları - Azərbaycan əsgərləri yerinə yetirdi. Anası Səkinə xanımın indi təsəllisi bütün torpaqların işğaldan qurtarılması ilə oğlunun da ruhunun şad olmasıdır.

O indi bütün Azərbaycanın qəhrəman oğludur. Anar Əliyevin Vətən sevgisini həyat yoldaşı Vüsalə xanım belə izah edir:

Vətənə olan borcunu şərəflə yerinə yetirdi Anar Əliyev və əbədi milli qəhrəmanımız oldu. Azərbaycan var olduqca Anar kimi vətən oğullarımız da yaşayacaq, tariximizdə, hər birimizin yaddaşında və qəlbində

 

Mənbə: www.realtv.az