“COVID-19” infeksiyası ilə mübarizə - VİDEO

Ölkəmizdə koronavirusa yoluxanların sayında ciddi artim müşahidə olunur və yoluxma sayı artdıqca həndəsi ardıcıllıqla, çox təəssüfki, ölüm sayı da artır. Demək olar ki, hər gün antirekord qeydə alınır.

Həkimlər bunun əsas səbəbini vətəndaşlarımızın bu xəstəliyə biganə yanaşamasında göstərilən sadə qaydalara əməl etməməkdə və havaların syouması ilə xəstəliklərin artmasında görür. Həkimlərimiz bu dönəmdə insanlara göstərilən qaydalarla yanaşı, düzgün qidalanaraq immunt sistemini də gücləndirməyi tövsiyyə edir.

Xatırladaq ki, indiyədək koronavirus 1470 nəfər vətəndaşımızın ölümünə səbəb oldu və indiyədək ölkəmizdə ümumilikdə 129544 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 79162 nəfər müalicə olunaraq sağalıb və aktiv xəstə sayı artaraq 48912 nəfərə çatıb. Bəzilərimiz hələ də fərqində deyil amma bilək ki,gələcəyimiz ciddi təhlükə ilə üz-üzədir.

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Şimali Koreyada şəkərin qiyməti dörd dəfə bahalaşıb

SONRAKI XƏBƏR

"Mən hər zaman arzu edirdim ki, Laçına bu atla qayıdım" - VİDEO