"11 gün müalicə aldım, bəsdir" deyib döyüş meydanına qayıdan əsgər

"11 gün müalicə aldım, bəsdir" deyib döyüş meydanına qayıdan əsgər

Azərbaycan, bir qərinə-təqribən 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi doğru siyasi strategiya, səmərəli xarici siyasət və mübariz Azərbaycan əsgərinin əli , şücaəti ilə yenidən yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan , dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu!

44 gün ərzində xalq yumruq tək bir oldu, bütün qəlblər qaynar döyüş nöqtələrindəki hərbçilərin nəbzi ilə döyünürdü. Bu günlərdə itkilər, sağalmaz yaralar da aldıq şəhidlərimizin, qazilərimizin simasında. Şəhid övladının məzarı üstə “Vətən sağ olsun!” deyən ata-analar,

“həkim, yaramı sarı, döyüşə qayıtmalıyam" deyən əsgərlər və uzun illər unuda bilməyəcəyimiz xatirələr qaldı. Bu xatirələri xalqın yaddaşına yazan mərd hərbçilərimizdən biri də, Ağakişiyev Elmar İlqar oğludur. O,Qusar rayonu Laza kəndindəndir. Sərrast atıcı, düşmənin 20-dək döyüş texnikasını darmadağın edib. Hərbçi yoldaşları ilə minaya düşüb, onlar şəhid olub, özü huşunu itirib və 11 gün xəstəxanada müalicə aldıqdan sonra təkid edib yenidən döyüşlərə qatılıb. Hazırda nitqində qüsur var, amma qüsursuz bir mərdlik dastanı yazan igidlərimizdəndir!

101.az

 

Mənbə: 101.az