Azərbaycanlı həkimin edamı təxirə salındı – Son anda...

Azərbaycanlı həkimin edamı təxirə salındı – Son anda...

İsveç vətəndaşı olan güney azərbaycanlı tədqiqatçı və həkim Əhməd Rza Cəlalinin edam hökmü təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, Cəlalinin vəkili Halə Musəvian verdiyi açıqlamada son 24 saat ərzində aparılan işlər və müraciətlərdən sonra müvəkkilinin ölüm hökmünün təxirə salınmasına müvəffəq olduqlarını bildirib.

O, müvəkkilinin edam cəzasının icrası üçün Rəcayi Şəhr həbsxanasına göndərildiyini, lakin dəfələrlə olunan müraciətlərdən sonra ölmü hökmünün təxirə salındığını söyləyib.

Musəvian bu xəbəri məhkəməyə müraciət etdiyi zaman aldığını deyib.

Qeyd edək ki, Əhməd Rza Cəlali Tehran Universitetinin rəsmi dəvəti ilə İrana getmiş və 2016-cı ilin mayında həbs olunmuşdu. O, “İsrailə casusluq”da ittiham olunur.

 

Mənbə: teleqraf.com