"Koronavirus müalicə olunduqdan sonra mütləq qaraciyərin vəziyyəti yoxlanmalı və...

"Koronavirus müalicə olunduqdan sonra mütləq qaraciyərin vəziyyəti yoxlanmalı və...

Covid virusu ilə xəstələnib sağaldıqdan sonra mütləq bəzi orqanlar yoxlanmalıdır.

Medicina.az xəbər verir ki, professor Simon Maçkepliaşvili bu müayinələri açıqlayıb.

O hesab edir ki, koronavirus bitdikdən sonra xəstə qaraciyəri və onun fermentlərini, qanın laxtalanmasını – hemostaz və tənəffüs orqanlarını bir daha müayinə etdirməlidir.

Professor bildirib ki, xəstəxanada koronavirus xəstələrinə Kleksan kimi antikoaqulyantlar vurulur. Qan durulaşdırıcı preparatlar evə yazıldıqdan sonra kəsilir. Bu zaman orqanizmdə qan laxtalanmasında aktivlik və tromboz yarana bilər.

Ona görə hemeostaz analizi verilməli, qanın indiki durumu yoxlanmalı, qan durulaşdırıcılar barədə qərar verilməlidir.

Koronavirus müalicəsində istifadə olunan dərmanlar qaraciyərə təsir edir, ALT, AST yüksələ bilir.

Ona görə mütləq qaraciyərin vəziyyəti yoxlanmalı və ona dəstək göstərilməlidir.

Eləcə də xəstələrə pulmonoloq baxmalı, ağciyərlərin tutumu, bronxlar, burun boğaz yoxlanmalı, tənəffüs gimnastikasına davam olunmalıdır.

Mənbə: moderator.az