Leyla Zülfüqarlı: Sağlam həyat tərzi formulasına sahib olmalıyıq

Leyla Zülfüqarlı: Sağlam həyat tərzi formulasına sahib olmalıyıq

Azərbaycanda COVID-19 virusuna yoluxanların sayı artıdqca cəmiyyətdə pandemiyanın təsirləri ilə bağlı narahatlıqlar artmaqda davam edir. Bu arada insan sağlamlığının qorunması yolları aktual müzakirə mövzusu olaraq qalmaqdadır. Amerikanın Səsinə müsahibədə dietoloq-həkim Leyla Zülfüqarlı immunitet sisteminin gücləndirilməsi vasitələri və bu xüsusda düzgün qidalanmanın əhəmiyyəti haqda fikirlərini paylaşıb.

Amerikanın Səsi: Koronavirusa yoluxma riskini azaltmaq üçün immun sistemini necə möhkəmləndirmək olar?

Leyla Zülfüqarlı: Bu dönəmin ən aktual problemlərindən məhz budur ki, koronavirus pandemiyasından bütün dünya əziyyət çəkir. Biz ölkə olaraq çıxış yolumuz nədir? Təbii ki, hər bir fərdin ayrı-ayrı öz orqaniziminə edəcəyi qulluqdan ibarətdir. Çünki bizim nə qədər immun sistemimiz güclü olarsa biz kontaktda olduğumuz, virus daşıyıcıları ilə təmasda olsaq belə immun sistemimiz güclü olduğu təqdirdə bunu çox yüngül, hətta ayaq üstdə keçirə bilərik. Bu da bir növ pandemiyadan ən bəsit şəkildə xilas olmağın yollarından biridir. İmmuniteti gücləndirmək nədir? Təbii ki, sağlam qida, sağlam həyat tərzidir. Sağlam həyat tərzi formulasına sahib olmalıyıq. Bu həm sağlam qidalardır, həm sağlam içəcəyimiz mayelərdir. Eyni zamanda bədən tərbiyyəsidir və ağciyərlərin vintilyasiyasıdır. Biz aydın məsələdir ki, virusdan qorunmaq üçün maska taxmalıyıq, təmasları minimuma endirməliyik. Açıq havada çox kütlənin toplaşdığı yerlərdə olmamalıyıq. Amma bu o demək deyil ki, biz oksigen terapeyasından məhrum olmalıyıq. Bunun üçün evdə olduğumuz müddətdə evin havasını mütləq gündə iki dəfə dəyişməliyik 20 dəq. müddətində. Çünki ağciyərlərin vintilyasiyası mütləq vacibdir ki, biz nə qədər oksigenlə təmasda olarıqsa immun sistemində birbaşa olaraq ən əsas qorunma mexanizmlərindən budur və təbii ki, ən başında gedən doğru qidalardır.

Amerikanın Səsi: Azərbaycanda insanların qida rasionu immun sisteminin möhkəmləndirməsinə nə qədər təsir edir?

Leyla Zülfüqarlı: Bəli, Azərbaycanda bu son dönəmlərdə müşahidəmə görə əslində insanlar bu məsələdə çox diqqətlidirlər. Artıq fərd olaraq müəyyən yaş kateqoriyası yuxarı olan valedeynlər öz uşaqlarını qorumaq üçün, insanlar özlərini qorumaq üçün artıq qidlanmalarına fikir verirlər. Biz dəfələrlə məlumatlandırmışıq ki, necə yeməliyik ki, immun sistemini qaldıraq. Bunun üçün 3 maddə var. Vitamin D, C və Sink. Artıq çox sevindiricidir ki, insanlar bunlara riayət eləməyə başlayıblar. Ya o şəkildə qidalanmalıdırlar ki, adını sadaladığım maddələr onun tərkibində olsun və bununla təmin edək orqanizmi. Və yaxud əksiklik varsa əlavə qida maddəsi bunu ekstradan əlavə etməliyik. Bunu bugünkü gündə belə insanların bilməsi çox vacibdir.

Amerikanın Səsi: Xüsusi risk qrupuna aid olan insanlar yoluxmadan qaçmaq üçün nə etməlidirlər?

Leyla Zülfüqarlı: Risk qrupuna daxil olan insanlar kimlərdir. Öncəliklə bunu vurğulayım, bu yaşlı insanlar, diabetik xəstəlikdən əziyyət çəkənlər, piylənmədən əziyyət çəkənlər bunlar risk qrupudur. Bunlar qorunmaq üçün nə etməlidirlər. Təbii ki, təmasları minumuma endirməlidirlər. Oksigen terapeyasını mütləq almalıdırlar. Üçüncü məsələ isə yaşlıların xüsusilə özəl bəslənməsi var ki, burada sink mineralı tərkibini ehtiva edən qidalar ən başlıca sıralarda olmalıdır. Bu nədir? Balıq, dəniz məhsullarıdır. Bu, çərəzlərdir. Ən başında gedir boranı. Boranın tumunda sink mineralı orqanizmlə lazım olan sutkalıq dozanı təmin etməkdədir. Ən çox qaçacağı maddələr hansılardır? Şəkər. Şəkərlə bəslənən insanların həmişə immun sistemi zərbə altında ola bilər. Yeniyetmələr üçün “fastfood” qidalardan qaçmalıdır. Onlar vacib olan maddəni orqanizmə vermir. Bizi metabalik çöküntüləri orqanizmdə saxladığına görə toksinlərlə zənginləşmiş bədən daha çox immun sistemi daha çox zərbə altında ola bilir. O üzdən bu insanlar daha orqanik qidalara üstünlük verməlidirlər.

Amerikanın Səsi: Koronavirus başlayandan sonra bir çox insanlar var idi ki, dieta saxlayırdılar onlar dietadan məhrum oldular. Yeməyə başladılar. Amma bəziləri də dietanı pozmadılar. Dietanın saxlanılması immun sisteminə necə təsir edir?

Leyla Zülfüqarlı: Bəzən insanlar səhv anlayırlar ki, dieta etmək o deməkdir ki, az yeyəcəyəm, immun sistemini zədə altında qoyacayam. Müəyyən xəstəliklər yaxalayacaq məni. Kəsinliklə bu belə deyil. Qidalanmanın funksiyası var. Qidalanmanın əsas predmetləri içərisində birinci funksiya energetik funksiya, ikinci plastik funksiya, üçüncü ən vacib funksiya müdafiəedici funksiyadır. Sağlam qidalanmanın özünün müdafiəedici funksiyası var. Bu nə deməkdir? Biz qidalarımız nəticəsində məhz immun sistemimizi gücləndiririk. Demək biz elə qidalanmalıyıq ki, oradan aldığımız maddələrlə immun sistemimizi gücləndirərək biz virusdan, infeksiyadan müdafiə olunaq. Dieta qidalanma, doğru həyat tərzi elə tərtib olunmalıdır ki, siz oradan aldığınız qidalarla immun sisteminizi qoruyun. Yəni əgər sən arıqlamaq istəyirsənsə arıqla, eyni zamanda immun sisteminə xidmət elə. Buna görə də doğru dieta immun sistemimizə xidmət eləməlidir və eyni zamanda arıqlatmalıdır. Bu şəkildə dietalar təbii ki, fərdi şəkildə hesablanmış doğru dieta olacaqsa o insanı həm arıqladacaq, həm də immun sistemini gücləndirəcək.

Mənbə: www.amerikaninsesi.org