Vətən müharibəsindən zərər çəkənlərə və yaralanmış hərbçilərimizə sosial-psixoloji xidmətlər göstərilir

Vətən müharibəsindən zərər çəkənlərə və yaralanmış hərbçilərimizə sosial-psixoloji xidmətlər göstərilir

Reabilitasiya Müəssisələrində müharibədən zərər çəkənlərə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şirvan, Lənkəran, Yevlax və Naftalan Reabilitasiya Müəssisələrində də Vətən müharibəsində yaralanmış hərbçilərimizə sosial-psixoloji xidmətlər göstərilir.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, həmçinin sosial-psixoloji xidmətlərə ehtiyac duyan müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, onların yaxınları, cəbhəyanı bölgələrdə yaşayan əlilliyi olan şəxslər bu xidmətlərlə təmin edilirlər.

Xidmətlər reabilitasiya müəssisələrində böyüklər və uşaqlar üçün hazırlanmış xüsusi sosial-psixoloji dəstək proqramı əsasında həyata keçirilir. Proqrama uyğun olaraq diaqnostika, vəziyyətin dəyərləndirilməsi, psixokorreskiya işinin təşkili, monitorinq və digər müvafiq xidmətlər təşkil edilir.

Mənbə: apa.az