"Bizim peyvənd çox ucuzdur - Dozası 10 dollardır"

"Bizim peyvənd çox ucuzdur - Dozası 10 dollardır"

Rusiya Birbaşa Sərmayə Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev, Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi iclasında Sputnik V koronavirus peyvəndindən danışıb. Dmitriyev, Rusiya lideri Vladimir Putinin qızına vurulmuş Sputnik V peyvəndinin 2021-ci ilin əvvəlindən etibarən digər ölkələrdə də satışa təqdim ediləcəyini açıqlayıb.

FED.az xəbər verir ki, Kirill Dmitriyev Sputnik V peyvəndinin digər ölkələrdə hazırlanan bənzər peyvəndlərə müqayisədə çox ucuz olacağını bildirib.

Dmitriyev, Gamaleya Araşdırma Mərkəzi tərəfindən hazırlanmış peyvəndin qiyməti üçün "Dozası 10 dollar olacaq" məlumatını verib.

Peyvəndi, bütün dünyanın əldə edə biləcəyi hala gətirməyə fokuslandıqlarını dilə gətirən RDIF rəhbəri, peyvəndin bütün ölkələrdə eyni qiymətdən satışa təqdim ediləcəyini qeyd edib.

Dünya əhalisinin yarısından çoxunun yaşadığı 40-dan çox ölkənin Sputnik V üçün müraciət etdiyini söyləyən Dmitriyev deyib:

"1.2 milyard doza üçün sifariş almışıq. Hindistan, Çin, Cənubi Koreya, Argentina və digər ölkələrdəki ortaqlarımızla birlikdə istehsalı üzərində çalışacağıq. Həmçinin maraqlanan bütün ölkələrlə əməkdaşlıq quruyur, texnologiyamızı paylaşmaq istəyirik".

Bu mövzuda siyasəti unutmaları və problem üzərində ortaq şəkildə işləmək lazım olduğunu ifadə edən Dmitriyev, "Heç bir peyvənd qlobal problemi həll edə bilməz. Bir neçə peyvəndə ehtiyacımız var, fərqli peyvəndlər birlikdə tətbiq edilməlidir" deyə əlavə edib.

Qeyd edək ki, Rusiyanın Səhiyyə naziri Muraşko, Rusiyada risk qrupunda yer alan 100 mindən çox adama Sputnik V koronavirus peyvəndinin vurulduğunu bildirib.

Rusiya Prezidenti Vladimir Putin isə, gələn həftə vətəndaşların koronavirusa qarşı geniş miqyaslı peyvəndlənməsinə başlanması əmrini verib. Əvvəlcə risk qrupları sayılan həkimlər və müəllimlər peyvənd ediləcək.

Putin, peyvənd kampaniyasına başlama əmrini Baş nazirin köməkçisi Dadana Golikovaya verib.

Putin, hazırda Sputnik V peyvəndinin 2 milyondan çox dozasının istehsal edildiyini bildirib. Rusiya lideri, "Bu bizə kütləvi olmasa da peyvənd etməyə başlamaq fürsəti verir. Beləcə ilk addımı atmış olacağıq" deyib.

Mənbə: fed.az