Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- VİDEO

Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- VİDEO

Çavuş Vəliyev Hacı Fəxrəddin oğlu 8 ildir Vətənə xidmət edir. Füzuli uğrunda gedən döyüşlərdə sağ gözünü itirib. 44 günlük Vətən Müharibəsində bir gözünü itirib. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Oftalmologiya şöbəsinin rəisi, mayor Səlahəddin Təhməzov travma yazır.

Həkimin yazdığı maddələrə görə Qaziyə 3-cü dərəcəli əlil də düşmür. Hər iki gözü əməliyyat olunub. Sol gözü sarğı açılandan 4gün sonra yaxşı xəstə adı ilə Mərdəkan istirahət mərkəzinə göndərilib. Orda heç bir müayinə, müalicə olunmayıb. Gözü çox zəif görür. Xəstə şikayət edəndən sonra təkrar xəstəxanaya qaytarılır. Demək şikayət etməyən Qazi kor, topal, şikəst (irağ olsun) olmalıdır?

Həkimin özü, oğlu bir gözünü düşmənin açdığı oddan-alovdan itirsə verilən arayışa travma yazılsa yaxşı olar?! Həmin həkim bu sayğısızlığı qəbul edər? Qələbəni, torpaqlarımızı canı, qanı bahasına almış qazi və şəhidlərimizə bir ömür boyu borcluykən, indidən bu şəkildə davranışla böyük narazı bir kütlə yaratmış olarıq.

Mənbə: www.bizimyol.info