Gürcüstanda ikiaylıq intensiv test planı elan edilib

Gürcüstanda ikiaylıq intensiv test planı elan edilib

Gürcüstanda epidemioloji vəziyyətin stabilləşdirilməsi məqsədi ilə ikiaylıq intensiv test planı elan edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri Giorgi Qaxaria bildirib. Onun sözlərinə görə, plan çərçivəsində gündəlik analizlərin sayı 20 minə çatdırılacaq. O bildirib ki, intensiv test cədvəli paralel prosesdir və infeksiya mənbələrinin sürətli müəyyənləşdirilməsinə xidmət edəcək. Baş nazir qeyd edib ki, ikiaylıq planın məqsədi tətbiq edilən məhdudiyyətlərin effektivliyini artırmaqdır.

Qeyd edək ki, Gürcüstan hökuməti ölkədə noyabrın 28-dən yanvarın 31-dək sərt karantin rejiminin tətbiqi barədə qərar qəbul edib.

Mənbə: apa.az