Koronavirus xəstəsinin psixoloji problemləri və onun həlli yolları – VİDEO

Koronavirus xəstəsinin psixoloji problemləri və onun həlli yolları – VİDEO

Azərbaycanda ilk dəfə koronavirusdan sağalmış xəstə ilə psixoloji konsultasiyanı əks etdirən sosial çarx hazırlanıb.

Çarxda keçmiş COVID-19 xəstəsi xəstəlik zamanı və karantində olduğu dövrdə yaşadığı məhrumiyyətlərindən, hiss və təşvişindən bəhs etməklə yanaşı hazırda onu narahat edən problemləri də vurğulayıb.

“Addım” Gənclərin İnkişaf Mərkəzindən Cebhe.info-ya verilən məlumata görə, psixoloqla seans ərzində bu təhlükələri aradan qaldırmağın yolları tapılır. Keçmiş COVID-19 xəstəsi həm də koronavirus pandemiyasının psixoloji fəsadlarından qorunmaq üçün vətəndaşlara tövsiyələr verir.

Koronavirusun son zamanlar kütləvi yayılmasının artdığını nəzərə alsaq sözügedən çarx həm virusa yoluxmuş həm də bu təhlükəli xəstəlikdən özünü qoruyan bütün vətəndaşlar üçün maraqlı olacaqdır.

Sosial çarx "Vətəndaşların postpandemiya dövrünə adaptasiya olunması üçün psixoloji yardımların təşkili" layihəsinin tərkib hissəsidir. Layihə çərçivəsində çarxın hazırlanması ilə yanaşı 150-dən çox vətəndaşla onlayn formada fərdi psixoloji konsultasiyalar keçirilmişdir.

Mənbə: cebhe.info