“COVİD-19”DAN XİLAS DÜSTURU... - Tam qapanma və hər ailəyə bərabər həcmdə vəsait...

Nazirlər Kabinetinin yaydığı məlumata görə, Azərbaycanda 236 mindən çox insan koronovirus infeksiyasına yoluxub. Bu rəqəm Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Səhiyyə Nazirliyinin qeydə aldığı xəstələrin birgə sayıdır və o hər gün 4 mindən çox artır.

Artıq COVİD-lə mübarizə üçün ixtisaslaşmış səhiyyə müəssisələrində və bu məqsədlə ayrılmış başqa dövlət xəstəxanalarında boş yerlər qalmayıb. Virusa təslim olub həyatını itirənlərin sayı da sürətlə artır, TƏBİB hər gün 30-40 insanın vəfat etdiyi barədə informasiya yayır.

Xatırladaq ki, yoluxmanın 4 min həddini keçməsi heç də ölkədə yoluxmanın miqyasını tam ifadə etmir. Məlumdur ki, testləşmənin sayı xeyli azaldılıb, indi bu rəqəm gündəlik 17-20 min aralığında dəyişir. Test götürlən hər 4-5 adamdan birində pozitiv nəticə qeydə alınır ki, bu da kifayət qədər yüksək rəqəmdir.

"AzPolitika.info”ya danışan ekspertlər bildirir ki, əgər başqa ölkələrdə olduğu kimi əhalinin testləşdirilməsi kütləvi şəkildə həyata keçirilərsə, yoluxma səviyyəsinin on minləri aşacağı şübhəsizdir. TƏBİB ciddi əsaslar gətirmədən bəyan edib ki, simptomlar olmayan xəstələrdən test götürülməyəcək.

 

 

 

 

Yaxud, virus şübhəsi olan bir ailənin yalnız bir üzvündən analiz nümunələri götürülür ki, bu da təhlükəli infeksiyanın daha geniş areala yayılmasına gətirib çıxarır. Ekspertlər bildirir ki, COVİD-19-u simptomlarını hiss etməyən şəxslər onu daha sürətlə yaya bilir.

Vəziyyətin bu şəkildə davam etməsi soyuq qış aylarında Azərbaycanda epidemioloji fəlakət yarada bilər. İranın, İtaliyanın nümunəsində bunun nə demək olduğu cəmiyyətə yaxşı məlumdur. Hər gün on minlərlə yoluxma, yüzlərlə insan ölümü, səhiyyə sisteminin çəkməsi, sosial-iqtisadi probmlemlərin kəskinləşməsi Azərbaycan kimi mühaibədən yeni çıxmış, iqtisadiyyatında bəlli problemləri olan ölkə üçün faciələrə gətirib çıxara bilər.

Bəs bu cür vəziyyətin yaranmasını önləmək üçün nə etmək lazımdır?

Pandemiyanın birinci mərhələsində Ümümdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun tədbirlərin həyata keçirilməsi yoluxmanın qarşısını aldı, kütləvi insan ölümlərinə imkan verədi. Amma iqtisadiyyat böyük zərər gördü, iş yerləri bağlandı, ticarət dövriyyəsi kəskin azaldı, neft qiymətlərinin ucuzlaşması fonunda böyük sosial çətinliklər, ictimai narazılıqlar meydana çıxdı.

Bu zərbənin təsirləri ardan qalxmamış Vətən Müharibəsi başladı və ölkənin iqtisadi resursları bu istiqamətə səfərbər edildi. Bu da dövlət üçün yüz milyonlarla dollar əlavə xərc deməkdir. Qarşıda müharibədən zərər görən vətəndaşların reabilitasiyası, şəhid ailələrinin, qazilərin sosial məsələlərinin həlli, işğaldan azad edilən bölgələrin yenidən qurulması kimi böyük məsrəflər tələb edən vəzifələr dayanıb.

Koronavirusun tüğyan etdiyi şəraitdə hətta güclü iqtisadiyyatı olan ölkələrin büdcəsi belə bu qədər xərci qarşılamaqda çətinlik çəkər. Ona görə də ilk növbədə qapının ağzındakı düşməni məğlub etmək lazımdır.

 

 

 

 

Əvvəlcə bu istiqamətdə vahid dövlət strategiyası hazırlanmalı və orada COVİD-19-u məhdudlaşdıracaq ən vacib tədbir –tam qapanma əksini tapmalıdır.

Ekspertlər bu müddətin effektiv zamanını müəyyən edə bilər. 3 və yaxud 4 həftə ərzində ən zəruri fəaliyyətlər istisna olmaqla sərt karantin rejimi tətbiq olunmalıdır.

Bu zaman inkişaf etmiş ölkələrin yaxşı nəticə vermiş təcrübəsindən istifadə etmək olar. Xüsusən, əhalinin qapanmadan əziyyət çəkməməsi üçün sosial vəziyyəti tənzimləyən addımlar atılmalıdır. Bu addımlar nədən ibarət ola bilər:

Fikrimizcə, hər bir ailəyə adambaşı 1 aylıq minimum ehtiyac meyarı əsasında maddi vəsait ödənilməlidir. Məsələn, bir ailədə 5 nəfər varsa, təxminən 400 manat civarında ödəniş kifayət edər.

Bu vəsaitin indiki çətin şəraitində haradan əldə olunacağına gəlincə, bu istiqamətdə hökumətin yeni yanaşma otaya qoymasına və publik şəxslərin, özəl təşkilatların, müəssisələrin də buna uyğun davranmasını təmin etməsinə ehtiyac var. Necə?

Fikrimizcə, dövlət büdcəindən maliyyələşən qurumlarda, publik şəxslərdə və ya özəl təşkilatlarda onlayn işləyən, yaxud karantinə görə çalışmayan, amma maaşları ödənilən işçilərə yüksək ödəmələr dayandırılmalıır.

 

 

 

 

Bir ay müddətində onlara da hər kəs kimi dövlət tərəfindən adambaşına müəyyən edilən vəsait veriləlidir. Məsələn, bir ailədə ayda 800 manat alan iki nəfər varsa, onlara 1600 manat yox, ailə üzvlərinin sayına görə tutaq ki, 400 manat ödəniş olmalıdır.

Deputatlara, nazirlərə, şirkət rəhbərlərinə bir ay yüksəlk əmək haqqı verilməsi dayandırılmalı, hamı kimi ailə üzvünün sayına uyğun zəruri ərzaq tələbatını ödəmək üçün vəsait verilməlidir.

Təbii ki, əhalidən kredit və ya digər ödənişləri alınması da bir ay ərzində təkirə salınmalıdır.

Bu şəkildə həm dövlətin, publik şəxslərin və özəl təşkilat və müəssisələrin qənaət etdiyi vəsait hesabına xeyli sayda vətəndaşın maddi ehtiyacını ödəmək olar, həm də sosial narazılıq yaranmadan tam qapanma təmin edilər.

Fikrimizcə, bu cür addımı ölkədə böyük əksəiyyət müsbət qarşılayar. Çünki virusdan hər kəs bilavasitə və dolayı yolla əziyyət çəkir, belə ümumi həmrəylik nümayiş etdirməklə onun yayılmasının qarşısını almaq olar.

Konkret ifadə etsək, tam qapanma və bir ay ərzndə maddi resursları bərabər paylaşmaq, “COVİD-1”-dən xilasın yeganə düsturu kimi görünür.

Bunun alternativi indiki pandemiya şəraitinin daha ağır şərtlərlə uzun müddət davam etməsi, ölümlərin sayının artması, iş yerləinin bir çoxunun qapalı qalması, maddi məhrumiyyətlər içində çırpınanlaın sayının artmasıdır. Seçim özümüzündür!

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

İlahiyyat İnstitutunun rektoru Avropa Şurası İşçi qrupunun iclasında iştirak edib (FOTO)

SONRAKI XƏBƏR

Ötən ay Türkiyədə illik inflyasiya ən yüksək səviyyəyə çatıb