Hərbçilərə həyat verən şəfalı əllər - VİDEO

Hərbçilərə həyat verən şəfalı əllər - VİDEO

44 günlük vətən Vətən müharibəsində hərbçilərimiz, əsgərlərimiz qədər həkimlərimizin də əməyi danılmaz oldu. Ön cəbhədə öz vəzifə borclarını yerinə yetirən şəfqətli əllərin sahibləri vətənimn keçiyində duran, sinəsini bizim üçün sipər edən neçə-neçə qəhrəmanımıza həyat verdilər. Tibb Universitetinin Cərrahiyyə kafedrasının müdiri, həkim professor Elçin Ağayev də digər həkimlərimiz kimi döyüşlərin ilk günündən yaralı əsgərlərimizi yaşatmaq üçün könüllü cəbhəyə yollandı. Gəncə, Naftala və Füzulidə hospitallarda hərbçilərimizin həyata qayıtmasında həkimlərimizin böyük rolu oldu.

Elçin Ağayev deyir ki, hazırda Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında 100-ə qədər qazi müalicə alır. O bildirib ki, onlarla bağlı dastanlara sığmayan xatirələrim var.

1-ci Qarabağ müharibəsində də ön cəbhədə əsgərlərimizi həyata qaytarmaq üçün mücadilə verən Elçin Ağayev deyir ki, o dövrlərdə yaralılarımızı müaqlicə etməyə dərman tapa bilmirdik. 2-ci Qarabağ savaşında isə hospitallardakı yüksək xidmət yaralılarımızın həyata qaytarılmasında mühüm rol oynadı. Bizi qələbəyə qovuşduran əsgərlərə hər zaman borcluyuq deyir.

Qiyməti, dəyəri heç nə ilə ölçülməyən, ürəyi vətənlə döyünən oğullarımızı həyata qaytaran də şəfqətli əllərin sahibi var bizim üçün. Çünki onların sayəsində vətən müharibəsinin keşikçiləri həyata qayıtdı.

 

Mənbə: www.realtv.az