Şəhidlərimiz Bərdədə anılıb

Şəhidlərimiz Bərdədə anılıb

Vətən müharibəsi şəhidləri Bərdədə də anılıb. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Bərdə Cümə məscidində vətən yolunda canını fəda edən oğullarımızın ruhuna dualar edilib, namaz qılınıb və Quran oxunub.

44 günlük Vətən müharibəsində igid hərbçilərimizin göstərdikləri şücaət, qəhrəmanlıq və şəhadətləri sayəsində illərdi düşmən tapdağında qalan torpaqlarımız azad edildi. Vətən torpaqlarına adlarını qanları ilə yazan şəhidlərimiz, müqəddəs zirvəni fəth etdiniz və əbədi olaraq o zirvəyə yüksəldiniz!

 

Mənbə: www.realtv.az