Karantində toy edən məşhur iş adamı imiş

Karantində toy edən məşhur iş adamı imiş

Dünən Azərbaycanda tətbiq olunan karantin rejimi ilə əlaqədar qoyulan qadağalara baxmayaraq, bir neçə toy məclisinin keçirilməsi ilə bağlı xəbər vermişdik.

KONKRET.az xəbər verir ki, həmin toy məclislərindən birini “Şərurlu İsfəndiyar” kimi tanınan, məşhur tikinti maqnatı İsfəndiyar Axundov təşkil edibmiş. Dünən iş adamının qardaşı İmran Axundovun oğlu Məhəmməd Axundov ailə həyatı qurub.

Məlumata görə, toyda yalnız qohumlar və bəyin yaxın dostları iştirak edib. Dünən yayılan videogörüntülərin isə həmin toya aid olub-olmadığı dəqiq bilinmir. Görüntülərin Məhəmməd Axundovun toyuna aid olduğu ona görə iddia olunur ki, toy Şərurda baş tutub. Amma ailəni yaxından tanıyan şəxslərin dediyinə görə, M.Axundov dindardır və onun toyunda bu cür musiqinin olması inandırıcı deyil.

Bu gün isə Şərurda təşkil olunan toyla bağlı rəsmi məlumat yayılıb. Məlumatda bildirilib ki, toyun təşkilatçısı, şadlıq evinin müdiri Rüstəmov Hüseyn Yəhya oğlu və məclis iştirakçısı Rzayev Həbib Rafiq oğlu saxlanılaraq inzibati qaydada 7 sutka həbs ediliblər. Lakin toy sahibi cərimə ilə yaxasını məsuliyyətdən qurtara bilib.

Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə də ciddi etirazlarla qarşılanıb. Bu etirazlar isə təkcə karantin qaydalarının pozulması ilə bağlı deyil. Etiraz edənlər toy sahiblərini daha çox şəhidlərimizin qırx mərasimlərinin çıxmasını gözləmədən şadyanalıq etdiklərinə görə tənqid ediblər.

 

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

Mənbə: konkret.az