Çinli virusoloqdan xəbərdarlıq

Çinli virusoloqdan xəbərdarlıq

Çjenli bildirib ki, koronavirus infeksiyasının heyvanlar və insanlar arasında nə qədər dövr etdiyi hələ müəyyən edilməyib.

BAKI, 5 dekabr — Sputnik. Çinin Uhan şəhərində Şi Çjenli adlı virusoloq koronavirus infeksiyasının yeni növlərinin yayılması barədə xəbərdarlıq edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, virusoloq Çinin cənubunda və cənub-qərbində yaşayan yarasaların insanlara keçə bilən digər növ koronavirus daşıyıcıları olduğunu bildirib.

Onun sözlərinə görə, bu növ infeksiyalar Çindən kənar ölkələrə də yayıla bilər.

Çjenli qeyd edib ki, COVID-19 yarasalardan insanlara keçməzdən əvvəl başqa heyvanlarda görülə bilər. Onun fikrincə, panqolinlər COVID-19 daşıyıcısı ola bilər. O bildirib ki, koronavirus infeksiyasının heyvanlar və insanlar arasında nə qədər dövr etdiyi hələ müəyyən edilməyib.

Qeyd edək ki, Sidney Universitetindən virusoloq Edvard Holms da Çjenlinin nəzəriyyəsi ilə razılaşır. Holmsun fikrincə də, koronavirus yarasalardan insanlara keçənə qədər daşıyıcı heyvanda ola bilər.

Mənbə: sputnik.az