İsmayıllı gəncləri 2783 şəhidin xatirəsinə flaşmob keçiriblər

İsmayıllı gəncləri 2783 şəhidin xatirəsinə flaşmob keçiriblər

İsmayıllı rayon gəncləri Vətən müharibəsində canlarını fəda etmiş 2783 gəncin xatirəsini fərqli formada yad ediblər.

Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, rayon gəncləri Vətən Müharibəsində canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş 2783 şəhidimizin xatirəsinə ehtiram məqsədi fləşmob keçiriblər. Anım tədbirləri rayonun bütün yaşayış məntəqələrində təşkil olunub, şəhid məzarları ziyarət edilib. Tədbir boyunca pandemiya qaydalarına əməl olunub.

 

Mənbə: olaylar.az