"Qızımı heç 3-4 ay da olsa görə bilmədim" - Şəhid baş leytenant Abbaslı Arif - FOTOLAR

Ölkəmizdə Vətən müharibəsi şəhidləri anılır. Onlardan biri də baş leytenant Abbaslı Arif Firuz oğludur.
Yeniavaz.com xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş leytenantı Abbaslı Arif Firuz oğlu 15.12.1993-cü ildə Naxçıvan Mutar Respublikasının Şərur rayonunun Qıvraq qəsəbəsində dünyaya gəlib.
O, Türkiyədə paraşütçülük, dağa dırmanma, üzgüçülük təlimlərində də olub.
Döyüş yoldaşları da təsdiqləyir ki, şirürəkli Arif Hadruta ilk ayaq basan hərbçilərimizdən olub, erməni ilə üz-üzə olub, onları məhv etdikdən sonra yoldaşlarını da ardınca aparıb. Əməliyyatın uğurlu olmasında ən önəmli isimlərdən olub.
12.10.2020-ci ildə Füzuli uğurunda gedən döyüşlərdə qəhrəmancasına arzusunda olduğu Şəhidlik zirvəsinə ucalıb. Vəsiyyət etdiyi kimi 2-ci Fəxri Xiyabanda General Polad Həşimovun dəfn olduğu sırada torpağa verilmişdir. Vətənə əmanət qoyduğu 1 yaş 2 aylıq Ləman adlı qızı var. Son sözləri isə "qızımı heç 3-4 ay da olsa görə bilmədim" olub.
Nəzarətimizdə olan bütün ərazilərin hər qarışına görə Arif kimi oğullarımıza borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin!



Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

Bir həftədə arıqlamağın yolu tapıldı

SONRAKI XƏBƏR

Paşinyanın ətrafı "saray çevrilişi" arzulayır - Ermənistan KİV