Azadlıq prospektindəki nişan sürücüləri çaşdırdı: "Giriş qadağandır, yoxsa?.." - FOTO

Azadlıq prospektindəki nişan sürücüləri çaşdırdı: "Giriş qadağandır, yoxsa?.." - FOTO

Bakının Azadlıq prospekti ilə Qulu Quliyev küçəsinin kəsişməsində quraşdırılan yol nişanı sürücülərin çaşqınlığına səbəb olub.

Oxu.az-a istinadən xəbər verilir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.

Azadlıq prospektindəki nişan sürücüləri ÇAŞDIRDI: Giriş qadağandır, yoxsa?.. - FOTO

İddialara görə, ərazidə yerləşdirilən "giriş qadağandır" nişanı maneənin arxasında qaldığından sürücülər tərəfindən görünmür. Şikayətdə bildirilib ki, nişanın görünməməsi sürücülərin hərəkət istiqamətini müəyyənləşdirməsində çətinlik yaradır. "Üstəlik, nişan girişin qadağan olunduğunu göstərdiyi halda, küçədə ödənişli parklanma yerləri də təşkil edilib. Bu isə həmin istiqamətdə hərəkətin qadağan olunmadığı təəssüratı yaradır", - deyə paylaşımda qeyd olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən ərazidə quraşdırılan nişan naməlum səbəbdən istiqamətini dəyişib. "Artıq nişanın istiqaməti dəyişdirilib və problem aradan qaldırılıb", - deyə məlumatda bildirilib.

Azadlıq prospektindəki nişan sürücüləri ÇAŞDIRDI: Giriş qadağandır, yoxsa?.. - FOTO

Mənbə: avtosfer.az