Böyük türk milliyətçisi Nihal Atsızın anım günüdür – NİHAL ATSIZ KİMDİR?

Böyük türk milliyətçisi Nihal Atsızın anım günüdür – NİHAL ATSIZ KİMDİR?

Bu gün Tükçülük, Turançılıq ideyasının böyük savaşçısı, nəhəg fikir və düşüncə adamı Nihal Hüseyn Atsızın anım günüdür.
O, 12 yanvar 1905ildə Kadıköy-də hərbiçi ailəsində anadan olub. 11 dekabr 1975-ci ildə İstanbulda Tanrı dağına uçmağa varıb.
Türk yazıçısı, şair, tarixçi və ideoloqdur.
Nejdət Sançarın böyük qardaşıdır. Yağmur Atsız anası və Buğra Atsızın atasıdır. Rza Nurun mənəvi oğludur. Özünü Türkçü və Turançı olaraq tanıtmışdır.
Nihal Atsız, uşaqlıq dövründə Osmanlı imperiyasının son illərinə, gənclik dövrü isə Türkiyə Cumhuriyyətinin ilk illərinə şahidlik etmişdir. Yaşadığı dövrdə yüksəlişə keçmiş olan Türk millətçiliyinin təsiri altına girmiş və bu fikir axımının alovlu bir müdafiəçisi olmuşdur. Atsız, özünü Türkçü, milləti və Turançı olaraq tanımlamışdır. Türkiyədə 1960-ci illərdə və 1970-ciillərdə çox sayda ardıcıl toplamış olan sosializm axımına və İslamçılığa şiddətlə qarşı çıxmışdır. Yaşadığı dövrdə sol görüşlü kimsələr tərəfindən özünə çox dəfə "faşist" olduğu deyilsə də, lakin Atsız özünün bir faşist olmadığını, yalnızca bir Türkcü-Turancı olduğunu demişdir. Türk-İslam sintezini müdafiə edən Ülküçülərlə ortaq işlərdə olmamış və bundan qaçmışdır. Xas Türkçülüyün müdafiəçisi olmuşdur:
"Haqqımda müxtəlif sözlər deyən insanlara və həqiqi fikrimi soruşanlara bunu demək istəyirəm ki, mən nə faşistəm, nə də demokrat. Mən, xarici qaynaqlı heç bir fikri mənimsəməyəcək qədər milli şüur və qürura malik bir Türkəm. Siyasi, ictimai məzhəbim Türkçülükdür."
Cavanliq dövründəki bir fotosunda saçlarını daramaq təriznə görə Adolf Hitlerə bənzəmək istədiyi iddiaasına cavab olaraq isə bu sözləri demişdir:
""...Həmid Şövkət bunlari bilir mi ? Bilmirsə mənim Hitlerizmə meyilli bir adam olduğuma nə səbəbdən hökm edər? Saçlarım bənzəyirmiş... Bu axmaqca iddia illərdən bəri bir çox səfehlər tərəfindən əleyhimə dəlil kimi istifadə olundu. Hətta evimdə Hitlerin şəklinin asılı olduğu belə deyildi. Mən, xaricdən gəlmiş heç bir fikri qəbul etməyə tənəzzül etməyəcək qədər milli qurur və şüura sahib olduğumu, ictimai məzhəbimin Türkçülük olduğunu vaxtiylə yazaraq elan etdim. Daha neyləyə bilərəm ? Saçım Hitlerinkinə bənzəyir deyə məni Hitlerçi zənn edəcək qədər axmaqlıq edən minlərcə, bəlkə on minlərcə yazığa ayrı ayrı yaza bilmərəm ki... Həmid Şövkət heç vaxt unutmasın ki, bu vətənə bağlılıqda özünü mənimlə bir tuta bilməz. Çünkü ondan fərqli olaraq, mən bu torpağa əcdadımın qanı və xatirəsiylə bağlıyam."
Tanrı böyük fikir və düşüncə adamı olan Nihal Atsız xocanın ruhunu şad etsin!
Teref.az

Mənbə: teref.az